Qırğızıstanda hökumətin yeni tərkibi və strukturu təsdiqlənib.
KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, Uluqbek Maripovun Baş nazir postuna namizədliyini təsdiqlənib. Onun birinci müavini Artyom Novikov, hökumət aparatının rəhbəri isə Jeniş Asankulov təyin edilib.
Müdafiə naziri Taalaybek Omurəliyev, Xarici İşlər naziri isə Ruslan Kazakbayev olub.
Xatırladaq ki, Sadır Japarovun erkən prezident seçkilərində qələbə qazanmasından sonra Qırğızıstan hökuməti istefaya getmişdi.
Vəsilə İbrahim
KONKRET.az
