Qızı yaşda sevgilisi olan azərbaycanlı aktyor – FOTOLARbackend

Qızı yaşda sevgilisi olan azərbaycanlı aktyor - FOTOLAR

Əslən azərbaycanlı olub Türkiyədə yaşayan aktyor özündən 30 yaş kiçik qızla sevgilidir.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, “Çocuklar Duymasın” serialı ilə şöhrət qazanan Tamer Karadağlı yeni münasibətə başlayıb.

Aktyor Nişantaşında yerləşən məkanlardan birindən çıxarkən birlikdə görüntüləndiyi xanımın kimliyi bəlli olub.

Kameraların obyektivinə tuş gələn xanım 1997-ci il təvəllüdlü Iraz Yıldızdır.

Piano ifaçısı olan xanımın sosial şəbəkə hesablarında aktyorla birlikdə çəkilmiş fotolarını paylaşdığı da bəlli olub.

Qeyd edək ki, 24 may 1967-ci ildə Türkiyənin paytaxtı Ankarada doğulan Tamer Karadağlı Azərbaycan əsillidir.

Iraz Yıldız 1997, Tamer Karadağlı isə 1967 təvəllüddür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*