Qızını zəncirləyən ata ilə bağlı YENİ XƏBƏRbackend

Qızını zəncirləyən ata ilə bağlı YENİ XƏBƏR

Biləsuvarda atanın qızını zəncirlə bağlaması ilə bağlı açılan cinayət işinin istintaqı yekunlaşıb.

Biləsuvar rayon Prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, cinayət işi baxılması üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, rayonun Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla 50 yaşlı Adil Həbiyevin doğma qızı, 31 yaşlı Bağdagül Həbiyevanın həyat tərzi ilə bağlı yaranmış narazılıqlara görə bu il aprelin 2-dən iyulun 9-dək Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evdə zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*