Braziliyada futbol matçında qeyri-adi hadisə yaşanıb.
KONKRET.az xəbər verir ki, “Koritiba”nın müdafiəçisi Jacy “Şapekoense” ilə qarşılaşmada başla qol vurub. Futbolçu sevincini qeyd etmək üçün reklam lövhəsinin üzərindən tullanıb.
Lakin Jacy meydanın kənarında açıq qalan və qonaq komandanın paltardəyişmə otağına aparan tunelə düşüb. Hadisə zamanı yüngül xəsarət alan futbolçu bir müddət sonra meydana qayıtsa da, ikinci hissənin əvvəlində əvəzlənib.
Bədbəxtliyin ardınca daha bir xoşagəlməz xəbər gəlib: Jacy-nin sevincini qeyd etdiyi qol ofsayd səbəbindən ləğv olunub.
Qeyd edək ki, “Koritiba” görüşdə 2:1 hesabı ilə qalib gəlib.
Jacy foi para o vestiário mais cedo, triste.
😂😂😂#jacy #coritiba #chapecoense pic.twitter.com/A8QjCPI04o
— M²F (@M_a_r_c_3_l_o) August 9, 2026
