İranda koronavirus əleyhinə ilk peyvənd Səhiyyə naziri Səid Nəməkinin oğlu Parsa Nəməkiyə vurulub.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, Parsa Nəməki bunu ölkədə peyvənd proqramına inamı artırmaq və kütləvi peyvənlənməni təşviq etmək üçün etdiyini bildirib.
“Oğlum mənə dedi ki, bizim qanımız ölkənin digər uşaqların qanından daha dəyərli deyil. Peyvəndi ilk ailəmə vurduracağımı demişdim və o, bu sözümüzü yerinə yetirmək üçün gəldi”,- deyə səhiyyə naziri Nemeki oğlunun peyvənd olunması ilə əlaqədar açıqlamasında bildirib.


