Qonşu ölkədə robot taksilər istifadəyə verilir – VİDEObackend

Qonşu ölkədə robot taksilər istifadəyə verilir - VİDEO

Rusiyada “Yandex” robot taksiləri istifadəyə veriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə yerli mediaya “Yandex” robot taksi xidmətinin rəhbəri Andrey Karmatski bildirib.

Onun sözlərinə görə, bir neçə ay ərzində Yasenevo rayonunda taksinin sınaqları keçiriləcək.

Karmatski əlavə edib ki, şirkətin Yasenevoda xidməti genişləndirmək üçün çoxlu planları var:

“Yeni dayanacaqlar və ssenarilər olmalıdır. Biz Moskvanın digər bölgələrinə keçməzdən əvvəl onların hamısını burada işləmək istəyirik”.

Qeyd edək ki, çərşənbə günü “Yandex” süni intellektlə idarə olunan avtomobilləri sınaq rejimində işə salıb.

Məlumata görə, bu taksidə istənilən səyahət 100 rubla başa gələcək və 18 yaşdan yuxarı sərnişinlər sınaqda iştirak edə biləcəklər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*