Qonşuda fövqəladə vəziyyət rejimi uzadılmayacaqbackend

Qonşuda fövqəladə vəziyyət rejimi uzadılmayacaq

Gürcüstan hökuməti mayın 22-də başa çatmalı olan fövqəladə vəziyyət rejimini uzatmayacaq.

KONKRET.az “Sputnik Gürcüstan”-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Georgi Qaxaria deyib.

“Hökumət ölkədəki epidemioloji vəziyyəti hərtərəfli təhlil etdikdən sonra fövqəladə rejimi uzatmaqla bağlı prezidentə və parlamentə müraciət etməmək qərarına gəlib”, – hökumət başçısı bildirib.

 Baş nazir qeyd edib ki, fövqəladə vəziyyətin ləğvi məhdudiyyətlərin tamamilə aradan qaldırılması demək deyil:

“Parlamentə riskləri idarə etməyə imkan verən məhdudiyyətləri qanunvericilik səviyyəsində qoruyub saxlamaq üçün müraciət edəcəyik”.

Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılması təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət martin 21-də elan edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*