“Qoy işığı söndürüm” – Düşənbədə elektrik enerjisinin təchizatında fasilələr davam edirbackend

"Qoy işığı söndürüm" - Düşənbədə elektrik enerjisinin təchizatında fasilələr davam edir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bir həftə əvvəl Tacikistanın paytaxtı Düşənbədə Şəhər Elektrik Şəbəkələri İdarəsi təmir işlərinin bitdiyini və artıq elektrik enerjisini söndürməyəcəyini açıqlasa da, yenə işıqlar söndürüləcək..

Belə ki, Düşənbənin Somoni rayonunda planlı təmir işləri ilə əlaqədar olaraq, bu gün 09: 00-dan 16: 00-a qədər bu ünvanlara elektrik verilişi kəsiləcək: Çağatay, Armuqon, Şafak.

Düşənbə elektrik şəbəkələrinin saytında qeyd olunur ki, təmir və profilaktik xidmətin həcmindən asılı olaraq bəzi hallarda enerji təchizatı müəyyən edilmiş vaxtdan əvvəl dayandırılacaq.

Qeyd edək ki, paytaxtın enerji sistemində baharın sonunadək təmir işlərinin aparılmayacağı bildirilmişdi.

Yeri gəlmişkən, istisnalar olur və təmir işlərinin aparılmasına baxmayaraq, istənilən halda xüsusən qış aylarında xətlərdə qəzaların olması gözlənilir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*