ABŞ rəsmiləri Qrenlandiyanın ən böyük nadir torpaq yatağının işlənməsinə təzyiq edərək layihənin Çinə satılmasının qarşısını almağa çalışırlar.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. “Tanbreez Mining” baş direktoru Greg Barnes bildirib ki, 2024-cü ildə Vaşinqtondan olan rəsmilər layihə yerinə iki dəfə baş çəkib və onun Çin tərəfinə satılmasının arzuolunmazlığına işarə ediblər. Bildirilir ki, nəticədə “Tanbreez” Nyu-Yorkdan “Critical Metals” şirkətinə Çin şirkətlərinin təklif etdiyi dəyərdən xeyli aşağı satılıb. Donald Tramp isə bildirib ki, o, Qrenlandiyaya nəzarəti milli təhlükəsizlik zərurəti kimi görür.
Vəli Həsənoğlu,
KONKRET.az