Quantanamoda saxlanılan Əfqanıstan vətəndaşı azad edildibackend

Quantanamoda saxlanılan Əfqanıstan vətəndaşı azad edildi

ABŞ-ın Quantanamo həbsxanasında saxlanan Əfqanıstan vətəndaşı Əsədullah Harun azad edilib.

KONKRET.az xəbər verir ki, 15 il həbsdə saxlanılmış Haruna qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. O, 2006-ci ilin yayında Pakistan sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Bir il sonra ABŞ hərbçiləri onun Əl-Qaidə hərəkatı ilə əlaqədə olduğu iddia edərək Quantanamo həbsxanasına göndəriblər.

Əsədullah Harun bu gün Taliban nümayəndələrinin müşayiəti ilə xüsusi reyslə Qətərdən Kabilə gətirilib. O, paytaxtda təntənə ilə qarşılanıb.

Hazırda Quantanamoda bir Əfqanıstan vətəndaşı saxlanılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*