Quba rayonunda bədbəxt hadisə baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Paşaoba kəndi ərazisində qeydə alınıb.
18 yaşlı kənd sakini Hicran Dadaşov Samur-Abşeron kanalında boğulub.
Onun meyiti sudan çıxarılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
20:12
Qubada 18 yaşlı gənc itkin düşüb.
KONKRET.az xəbər verir ki, itkin düşən gənc rayonun Paşaoba kənd sakini Hicran Dadaşovdur.
O, iyulun 8-də səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Lent.az
