Qubada torpaq sürüşməsi BAŞ VERDİ – FOTO/VİDEObackend

Qubada torpaq sürüşməsi BAŞ VERDİ - FOTO/VİDEO

Qubanın Küsnətqazma kəndində torpaq sürüşməsi baş verib.

Bu barədə KONKRET.az-ın şimal bürosuna kənd sakinləri məlumat veriblər. Sakinlər bildiriblər ki, torpaq sürüşməsi kəndin üst hissəsindən aktivləşib və eni 50, uzunluğu isə 200-250 metrdən çox sürüşmə sahəsi əmələ gəlib.

Təhlükədən ehtiyat edən sakinlər evlərini tərk ediblər.

Təbii fəlakətin getdikcə daha böyük sahəni əhatə etdiyini deyən sakinlər onu da əlavə ediblər ki, sürüşmə sürətlənsə, 10-a yaxın ev torpağın altında qala bilər. Həmçinin, Quba-Xınalıq yolu da bağlana bilər. Əgər bu yol bağlansa, Qrızdəhnə, Qırız Cek, Əlik, Haput, Bostankeş, Xınalıq, Buduq və Zeyid kəndlərinə gediş-gəliş mümkünsüz olacaq.

Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*