Qubadlının Xanlıq qəsəbəsində əkin sahələri mina və PHS-dən təmizlənir – FOTO – VİDEObackend

Qubadlının Xanlıq qəsəbəsində əkin sahələri mina və PHS-dən təmizlənir - FOTO - VİDEO

“Hazırda Qubadlı rayonunun Xanlıq qəsəbəsinin yuxarı hissəsində yerləşən əkin sahələrinin mina və partlamamış sursatlardan təmizlənməsi üçün əməliyyat aparırıq”.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Cəlaləddin Əliyev bildirib.

C.Əliyev deyib ki, hazırda əməliyyat aparılan sahə 779 938 kvadrat metrdir: “Ərazidə 12 günə yaxındır ki, əməliyyatlar aparırıq. Əməliyyatlar zamanı ərazidən 1 ədəd PQ raketi tapılıb. Təmizləmə gündəlik 5,7 faiz ərazi təmizlənir. Artıq ərazinin 48,7 faizi mina və partlamamış sursatlardan təmizlənib. Bu sahə tərəfimizdən təmizləndikdən sonra əkin işləri aparılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*