“Rabitəbank” müştərilərin cibinə girir? – Şikayətbackend

“Rabitəbank” müştərilərin cibinə girir? - Şikayət

Şikayətim “Rabitəbank”dandır. Bank ay ərzində kartımda yığılan bonusları heç bir səbəb olmadan silir. Nə səbəbini göstərirlər, nə də sildikləri bonusu geri qaytarırlar.

KONKRET.az xəbər verir ki, bu barədə şikayəti sözügedən bankın müştərisi Cavid Güləhmədov ictimailəşdirib. O bildirib ki, bu problemlə artıq dəfələrlə üzləşib:

“Deməli, “Rabite Bank”ın Kartmane debet kartımda iyul ayı üzrə müəyyən miqdarda ödənişlərdən gələn Cashback (Bonus) vardı. Ayın sonu oldu və göstərdi ki, artıq sizin 117 Azn bonusunuz var. Bonusu da həmin an köçürmək olmur. Avqust ayının 6-sı köçürə bilməyimə icazə var Bank tərəfindən. Bu gün, yəni ayın 6-sı keçən aydakı kimi yenə pulumdan (Bonusdan) silinmə oldu. 117 Azn bonusdan qaldı 89.10 Azn.. 27.90 Azn hara yoxa çıxdı bilmirəm. İyun ayında da belə hal olmuşdu, may ayında da.

Son 3 aydır pul silinir karta köçürülməyə icazə olan gün.

May ayında məlumat verəndə bankdan bildirdilər ki, skrişot var sübut kimi. Onda etməmişdim deyə heçnə deyə bilmədim. Ancaq bu dəfə skrin etdim. Zəng vururam, çatlarına yazıram skrini göndərirəm ki, avqustun 2-si çəkmişəm, necə olur burda 117 azn göstərir ayın 5-nə kimi. 6-sı siz icazə verirsiz həmin məbləği köçürüm kartıma, avtomatik düşür 89.10 Azn. Heç biri cavab verə bilmir.

Əvvəl bəhanə kimi sübut istədilər. İndi sübut qoyuram ortaya cavab verə bilmirlər. Ancaq ara yerdə “Rabitəbank” cibı girir”.

Qarşı tərəfi dinləməyə hazırıq.

//Tribunainfo.az

  • Mehman
    Avqust 7, 2024 - 22:12

    Məndə müştəri olaraq həmişə bu səyləri yaşadığından artıq 3 aydı istifadəni dayandırmışam rabitə bankdan.

  • Xuraman
    Avqust 7, 2024 - 23:13

    Kredit

  • Emin
    Avqust 8, 2024 - 17:49

    Problem bankla bağlı deyil. Banklarla bərabər partnyor da cash back verir. Bonus hesablanır daha sonra partnyor cash back-i geri çəkən zaman sizin bonus hesabından silinmə gedir. Siz hesabata baxsaz orda olan cash back iki hissəyə bölünür. Bankın qaytardığı bonus yerində qalır partnyor bonusu itir.

  • Nuri nuri
    Avqust 13, 2024 - 09:27

    Özü kimi şərəfsiz bank yoxdur. İşçiləridə maşennikdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*