Rafael Fiziyev Qetjiyə məğlub oldu – VİDEObackend

Rafael Fiziyev Qetjiyə məğlub oldu - VİDEO

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti döyüşünü keçirib.

KONKRET.az xəbər verir ki, 32 yaşlı idmançı turnirdə yüngül çəki dərəcəsində ABŞ təmsilçisi Castin Qetji ilə üz-üzə gəlib.

Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı idmançı üstün olub – 29-28, 29-28, 29-28.

Xatırladaq ki, 2023-cü ilin martında UFC 286 turnirində də R.Fiziyev Castin Qetjiyə məğlub olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*