Ramin Bayramlı istefa verib? – TƏBİB rəsmisindən AÇIQLAMAbackend

Ramin Bayramlı istefa verib? - TƏBİB rəsmisindən AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı istefa verməyib və hazırda iş başındadır.

KONKRET.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB-də Covid-lə mübarizə ilə bağlı hazırda layihələr həyata keçirilir və Ramin Bayramlı həmin layihələrə rəhbərlik edir:

“Bu gün Türkiyədən həkimlər dəvət olunub və Ramin Bayramlı onlarla birlikdə COVİD-19-la mübarizə istiqamətində çalışır. Hazırda Ramin Bayramlı xəstəxanalarda xəstələrin vəziyyətini şəxsən nəzarətdə saxlayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*