Ramin Bayramlı: “Özündə bu halı müşahidə edən təcili yardıma müraciət etməlidir”.”backend

Ramin Bayramlı: "Özündə bu halı müşahidə edən təcili yardıma müraciət etməlidir"."

“İlk növbədə vətəndaşlarımızda yuxarı tənəffüs orqanlarında xəstəliyin əlamətləri müşahidə olunanda təcili yardıma müraciət edilməlidir”.

KONKRET.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

1. Bayramlı deyib ki, bu zaman vətəndaşların dərin burun boşluğundan yaxma götürülür: “İnfeksiya aşağı tənəffüs yollarına keçən zaman analiz mənfi ola bilər. Ağciyərdə xırıltılar müşahidə olunan zaman onlar kompüter tomoqrafiyasından keçirilir. Ağciyərdə ləkələr müşahidə edilən zaman koronavirus şübhəsi ilə digər xəstəxanalarda müvafiq şöbələrdə yerləşdirilir”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, seroloji testlər tədqiqat xarakteri daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*