Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına vəzifə verdibackend

Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə Elton Məmmədovu AMEA-nın İşlər idarəsinin müdiri təyin edib.

KONKRET.az xəbər verir ki, texnika elmləri doktoru, professor Elton Məmmədov bu gün AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib.

Xatırladaq ki, 27 noyabr 2019-cu il tarixində akademik R.Mehdiyevin əmri ilə Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib.

Xatırladaq ki, keçmiş deputat Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

 

Fins.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*