“Ramiz Mehdiyevin ayağı hara dəyibsə, orada ot bitmir” – AÇIQLAMAbackend

“Ramiz Mehdiyevin ayağı hara dəyibsə, orada ot bitmir” – AÇIQLAMA

“Ramiz Mehdiyevin ayağı hara dəyibsə, orada ot bitmir, pestisid kimi bir şeydir. Adam gedib Naxçıvanda bir neçə gün qalandan sonra Vasif Talıbov başqa eşqə düşdü”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

“Mətbuatdan oxuduqlarımı analiz etdim, gördüm ki, bəli, Vasif Talıbov dövlət başçısı olmaq istəyir. Gör, Azərbaycan nə günə qalıb ki, belə bir adam bu posta yiyələnmək istəyir. Vallah, bunun xəyanətdən başqa adı yoxdur. Bu, Heydər Əliyevin ruhuna xəyanətdir.

Sən bilirsən ki, Ramiz Mehdiyev provokatorun biridir. Onunla sən niyə görüşürsən? Hansı ağılla Azərbaycan dövlətinə rəhbərlik etmək istəyirsən? Naxçıvan jurnalistlərinin verdikləri informasiyanın təhlili, siyasi nəticəsi budur. Vasif Talıbov nəinki YAP-dan çıxarılmalı, başqa cür də cəzalandırılmalıdır. Çünki hakimiyyətdaxili parçalanma yaratdı. Qarşıdurma Azərbaycanda indiki şəraitdə ən təhlükəli istifadə metodudur. Bunu etmək olmaz”, – deyə  politoloq bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*