Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən deputatın qardaşına yüksək vəzifə verildibackend

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən deputatın qardaşına yüksək vəzifə verildi

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan Qabil Həmzə oğlu Əliyevlə bağlı yeni məlumatlar yayılıb.  

KONKRET.az-ın əldə etdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan Qabil Əliyevin qardaşı, millət vəkili Bəxtiyar Əliyevlə bağlı bir neçə gündür qalmaqal yaşanır.

Bəxtiyar Əliyevin Prezident Adminstrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri Ramiz Mehdiyevin qız nəvəsinin toy məclisində iştirak edən qonaqlar arasında olub.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə bağlı Azərbaycanda toylar bu ilin martından təxirə salınıb. Amma Ramiz Mehdiyevin ailəsində təşkil olunan bu məclis sosial izolyasiya tədbirləri dövründə baş verib.

Toyların keçirilməsi bu müddət ərzində qadağan olunmasına baxmayaraq, keçirilib. Toy sahibləri sabiq deputat İlham Əliyev və qudası 15 gün müddətinə həbs olunub.

Qeyd edək ki, Qabil Əliyev bu təyinata qədər Prezident Adminstrasiyasında çalışıb. demokrat.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*