backend

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi deyilən deputat vəzifəsindən istefa verdi - FOTO

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.

KONKRET.az Pravda.az-a oistinadən xəbər verir ki,  B.Əliyev öz istəyi ilə işdən çıxıb.

Bildirilib ki, o, BDU-da heç bir vəzifə daşımır.

B.Əliyev 1997-ci ildən Psixologiya kafedrasının müdiri olub. Hazırda kafedranın müdiri vəzifəsi psixologiya üzrə elmlər doktoru, professor Elnarə Şəfiyevaya həvalə edilib. E.Şəfiyeva 1993-97-ci illərdə BDU-nun psixologiya kafedrasında baş müəllim, 1997-2013-cü illərdə dosent olub və 2013-cü ildən professor vəzifəsində çalışır.

Xatırlatma: Bəxtiyarın Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi bildirilirdi. Amma o, açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını deyib.

  • Nadir
    Avqust 29, 2020 - 00:23

    Ombudsman Səbinə Əliyeva İstefa verməlidir.
    Bir halda ki, o inzibati xəta törədib və cərmələnib. Özünü müdafiə edib rejimi ağır şəkildə pizan insandan Müvəkkil çıxmaz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*