Ramzan Kadırovun adına məscid tikilir – Qroznıdabackend

Ramzan Kadırovun adına məscid tikilir - Qroznıda

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adına məscid tikilir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı yerli “Qroznı” dövlət telekanalı yayıb.

Artıq təməli atılan ibadət evi respublikanın paytaxtı Qroznıda yerləşəcək.

Yeni məsciddə eyni anda 2 000 nəfər namaz qıla biləcək.

Telekanal məscidə R.Kadırovun adının verilməsini yerli sakinlərin çoxsaylı xahişi ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Avropanın ən böyük məscidlərindən biri – Məhəmməd peyğəmbər adına “Müsəlmanların Fəxri” məscidi də Çeçenistanın Şali şəhərində yerləşir. Onun açılışı 2019-cu ildə avqustun 23-də – respublikanın keçmiş başçısı Əhməd Kadırovun ad günündə olub. 2003-2004-cü illərdə Çeçenistan Respublikasının prezidenti olan Əhməd Kadırov 2004-cü il mayın 9-da sui-qəsd nəticəsində 52 yaşında öldürülüb.

Həmin ildən respublikaya Ə.Kadırovun oğlu Ramzan Kadırov rəhbərlik edir. Onun hazırda 44 yaşı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*