35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun namizədliyi qeydə alınıb.
KONKRET.az xəbərinə görə, bu barədə Rauf Arifoğlunun Seçki Qərargahının rəhbəri Çingiz Özgür məlumat verib.
O bildirib ki, Seçki Qərargahının üzvləri imzatoplama kampaniyasını yekunlaşdırıb və sənədlər müvafiq qaydada Dairə Seçki Komissiyasına (DSK) təqdim edilib.
Yanvarın 4-də DSK Rauf Arifoğlunun namizədliyini qeydə alıb.
