Rayonlara yağış yağır, Ağsuçaydan sel keçib – FAKTİKİ HAVAbackend

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçib - FAKTİKİ HAVA

Mayın 20-si saat 19:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Gədəbəy, Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Astarada arabir yağış, Şahdağda isə qar yağır.

Yağan leysan yağışlar nəticəsində saat 19:00 radələrindən Ağsu rayonu ərazisindən axan Ağsuçaydan sel keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*