Razi Nurullayev, yoxsa? – MSK yeni nəticələri açıqlayacaqbackend

Razi Nurullayev, yoxsa? - MSK yeni nəticələri açıqlayacaq

Növbədənkənar parlament seçkilərindən sonra açıqlanan exit-poll nəticələri ilə Mərkəzi Seçki Komissiyasının verdiyi statistikada üst-üstə düşməyən bir dairə müəyyən olunub.

KONKRET.az xəbər verir ki, dünən “Opinion Way” təşkilatının açıqladığı məlumata görə, exit-poll nəticəsində 79 saylı İmişli Seçki Dairəsində Razi Nurullayev 49 faiz səslə öndə idi. Lakin bu gün səhər saat 07-də MSK-nın açıqladığı liderlər siyahısında R.Nurullayevin adı çıxmadı.

MSK-nın ilkin nəticələrinə görə, bu dairədə “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev 23,7 faiz səslə liderdir. Bu dairədə səslərin sayılması davam edir. MSK-nın məlumatına görə, saat 07-yə kimi bu dairə üzrə 43 məntəqədən 35-nin səsləri sayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*