Reaksiya TV 5 yaşını QEYD EDİRbackend

Reaksiya TV 5 yaşını QEYD EDİR

Azərbaycan internet televiziyası məkanında xüsusi yeri və çəkisi olan Reaksiya TV-nin yaranmasından 5 il ötür.

KONKRET.az xəbər verir ki, televiziya 1 iyul 2018-ci il tarixdən “Reaksiya Media Group”un tərkibində əsas yayım platforması “YouTube” olmaqla fəaliyyətə başlayıb. Hazırda “Facebook” və “Instagram” sosial şəbəkələrində də yüz minlərlə insan tərəfindən izlənilir.

Ölkədə və dünyada baş verən proseslərə çevik reaksiya verən TV 5 il ərzində geniş izləyici auditoriyası toplamaqla yanaşı, böyük nüfuz qazanıb.

Əminliklə demək olar ki, Azərbaycanda və regionda cərəyan edən hadisələrə hər zaman milli mövqedən yanaşmağı özünə hədəf seçən Reaksiya TV məqsədinə çatmaq üçün inamla irəliləyir.

Başda televiziyanın təsisçisi, tanınmış jurnalist Zaur Qəriboğlu olmaqla kanalın bütün kollektivini təbrik edir, fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*