“Real” 16 yaşlı futbolçu alırbackend

“Real” 16 yaşlı futbolçu alır

“Real” “River Pleyt”in 16 yaşlı yarımmüdafiəçisi Franko Mastantuononu transfer etməyə yaxındır.

KONKRET.az xəbər verir ki, “River Pleyt”in prezidenti futbolçunun transferi ilə bağlı danışıqlar prosesini başa çatdırmaq üçün İspaniyaya gedib.

Madrid təmsilçisi artıq Mastantuono ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Argentinalı oyunçu 2019-cu ildən “River Pleyt”in akademiyasındadır. O bu ilin əvvəlindən əsas komandada çıxış edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*