“Real Madrid” tarixinin ən yaxşıları onlardır – Siyahıbackend

“Real Madrid” tarixinin ən yaxşıları onlardır - Siyahı

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri “Real Madrid” tarixinin ən yaxşı futbolçularının siyahısını hazırlayıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sıralamaya 1953-1964-cü illərdə “Real”da oynayan keçmiş hücumçu Alfredo Di Stefano liderlik edir.

İkinci sırada “kral klubu”nun sabiq forvardı Kriştiano Ronaldo qərarlaşıb. Madrid təmsilçisinin tarixinin ən yaxşı 3-cü oyunçusu isə keçmiş yarımmüdafiəçi Zinəddin Zidandır.

“Real” tarixinin ən yaxşı 10 futbolçusu:

1. Alfredo Di Stefano (1953-1964-cü illər)

2. Kriştiano Ronaldo (2009-2018-ci illər)

3. Zinəddin Zidan (2001-2006-cı illər)

4. Raul (1994-2010-cu illər)

5. Ferens Puşkaş (1958-29166-cı illər)

6. Raymon Kopa (1956-1959-cu illər)

7. Uqo Sançez (1985-1992-ci illər)

8. Toni Kroos (2014-2024-cü illər)

9. Pirri (1964-1980-ci illər)

10. Emilio Butraqeno (1984-1995-ci illər)

Di Stefano Madrid klubunda bütün turnirlərdə 371 oyun keçirib və 285 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*