“Real”ın sabiq baş məşqçisində xərçəng aşkarlandıbackend

"Real"ın sabiq baş məşqçisində xərçəng aşkarlandı

“Real”ın sabiq baş məşqçisi Vanderley Luşemburqoda ağır xəstəlik aşkarlanıb.

KONKRET.AZ xarici mediaya istinada xəbər verir ki, ölkəsində “Vasko da Qama” klubunda çalışan braziliyalı mütəxəssisə dəri xərçəngi diaqnozu qoyulub.

Bu, bədxassəli şiş olduğundan onun 3 həftə ərzində cərrahiyyə əməliyyat edilməsi tövsiyə edilib. Lakin 67 yaşlı Luşemburqo bununla bağlı yekun qərar verməyib. Onun gözləmə mövqeyi tutması Braziliya çempionatının davam etməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, 2004/2005 mövsümündə Madrid klubunda çalışmış Luşemburqo futbolçulara pivə və şərabı qadağan etməsi ilə diqqət mərkəzinə düşmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*