Reanimasiyada neçə COVID-19 xəstəsi var? – TƏBİB AÇIQLADIbackend

Reanimasiyada neçə COVID-19 xəstəsi var? - TƏBİB AÇIQLADI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 9-na olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

KONKRET.az xəbər verir ki, hazırda xəstələrin 139-u reanimasiyadadır.

15 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 058 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 732 nəfərə, sağalanların sayı 35 119 nəfərə, vəfat edənlərin sayı isə 555 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*