Rəisinin helikopteri necə qəzaya uğrayıb? – Yekun hesabat açıqlandıbackend

Rəisinin helikopteri necə qəzaya uğrayıb? - Yekun hesabat açıqlandı

İranın mərhum Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu haqda İran Silahlı Qüvvələri Baş Qərargahının yekun hesabatında bildirilib.

“Helikopterin qəzaya uğramasına əsas səbəb yaz aylarında bölgənin çətin iqlim şəraiti, yəni yüksəkliyə qalxarkən qəfil sıx duman kütləsinin əmələ gəlməsi və helikopterin dağla toqquşması olub”, – hesabatda qeyd olunub.

Xatırladaq ki, Prezident İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopter bu il mayın 19-da İran ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs həlak olub.

Qeyd edək ki, daha öncə bu hadisə ilə bağlı başladılan istintaq prosesinin nəticəsi açıqlansa da, İran Silahlı Qüvvələrinin Baş Qərargahı həmin qərarı təkzib etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*