“Rəqib özünü qələbəyə kökləyib” – Qurban Qurbanovbackend

"Rəqib özünü qələbəyə kökləyib" - Qurban Qurbanov

“Sabah rəqib həddindən artıq istəkli ola bilər.”.

KONKRET.AZ-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə sabahkı səfər oyunu öncəsi bildirib.

47 yaşlı mütəxəssis matç barədə fikirlərini belə açıqlayıb: ” APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda, əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda maksimum diqqətli olmağa çalışacağıq”.

Qeyd edək ki, Kiprin GSP stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*