Respublikaçıların liderləri Cozef Baydenin seçilmiş prezident kimi tanınmasıyla bağlı qətnaməni qəbul etməyiblər.
KONKRET.az bu barədə CNN-ə istinadən xəbər verir.
Bildirilir ki, ABŞ Konqresində qətnamənin qəbulu təklifi ilə Demokratlar Partiyasının konqresmeni Steni Hoyer çıxış edib.
Qətnamənin qəbuluna qarşı, xüsusilə, Senatda Respublikaçıların lideri Miç Makkonel, Konqresdə Respublikaçıların lideri Kevin Makkarti, komitə sədri Roy Blant səs verib.
