Sentyabrın 27-də Ukrayna paytaxtı Rusiyanın növbəti hücumlarına məruz qalıb. Gecə saatlarında da dron hücumları davam edib.
KONKRET.az xəbər verir ki, Ukraynada yaşayan həmvətənimiz Yalçın Qəhrəmanoğlu Musavat.com-a bildirib ki, Kiyevdəki “Stoliçnıy rınok” adlanan bazara hücum nəticəsində ölənlər və yaralananlar olub. Həlak olanlar içərisində çox təəssüf ki, azərbaycanlı Abbas Abbasov da var. Əslən Kürdəmirdən olan, 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı A.Abbasov Kiyev bazarında ticarətlə məşğul imiş. Hücum nəticəsində baş verən yanğının söndürülməsi üçün əraziyə şəxsi heyət və texnika cəlb olunub. İnsan tələfatı ilə bağlı araşdırmalar davam edir.
Y.Qəhrəmanoğlu bildirib ki, həlak olan ikinci şəxsin meyiti yük maşınında aşkarlanıb. Şəxsiyyəti araşdırılır.
