İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz sualtı nəqliyyat vasitəsinin ələ keçirildiyini açıqlayıb.
KONKRET.az-ın xəbərinə görə, SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, ələ keçirilən aparat ABŞ-nin casusluq fəaliyyəti üçün istifadə etdiyi “Remus 600” tipli pilotsuz sualtı vasitədir.
Qeyd olunub ki, SEPAH mütəxəssisləri aparatın daxilindəki məlumatları əldə etmək məqsədilə onu yoxlayıblar.
Məlumata görə, pilotsuz sualtı vasitə Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat və elektron müharibə bölmələrinin koordinasiyalı müdaxiləsi nəticəsində ələ keçirilib.
Açıqlamada Hörmüz boğazının bağlı olduğu bildirilib və təhlükəli hərəkətlərə, eləcə də, icazəsiz keçid cəhdlərinə qarşı “sərt və qətiyyətli” tədbirlər görüləcəyi vurğulanıb.
