Riçard Qiraqosyan: “Ermənistan ABŞ-la bağlı illüziyalara qapılmamalıdır”backend

Riçard Qiraqosyan: “Ermənistan ABŞ-la bağlı illüziyalara qapılmamalıdır”

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri və onun Azərbaycan əleyhinə bəyanatları Ermənistanın hakim dairələrini ruhlandırıb.

KONKRET.az xəbər verir ki, Pelosinin İrəvana səfəri ilə eyni vaxtda hökumətə bağlı qərbyönlü QHT-lər Ermənistanın KTMT-dən çıxması tələbi ilə etiraz aksiyası keçiriblər.

Bundan başqa, Pelosinin səfəri fonunda Ermənistan rəsmilərinin Rusiyaya qarşı tənqidi ritorikası daha da sərtləşib. İrəvanda ümid yaranıb ki, ABŞ onlara ordunu bərpa etmək üçün müasir silahlar və digər hərbi dəstək verə bilər.

Bununla belə, vaxtilə ABŞ xüsusi xidmət orqanları ilə işləmiş erməni analitik Riçard Qiraqosyan hesab edir ki, Ermənistan hakimiyyəti ABŞ-ın Ermənistanı təhlükəsizliklə təmin edə biləcəyi ilə bağlı illüziyalara qapılmamalıdır.

Qiraqosyan hesab edir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana ölkə üçün çətin olan bu vaxtda səfəri ABŞ-ın regionla bağlı siyasətində dəyişikliklərin başlanmasına sübutdur.

“Konkret vaxta təsadüf edən bu səfər siyasi dəyişikliklərin sübutudur. Fikrimcə, bu, Qərbin – ABŞ və Aİ-nin regionun işlərinə daha çox qarışmasından xəbər verir”, – deyə erməni ekspert bildirib.

Eyni zamanda, Qiraqosyan indiki mərhələdə Ermənistan hakimiyyətini və ictimaiyyətini ABŞ-dan artığını gözləməməyə çağırıb.

Jurnalistin ABŞ-ın müəyyən təhlükəsizlik təminatı verməsini mümkün hesab edib-etməməsi ilə bağlı sualına Qiraqosyan belə cavab verib: “Mən şübhə ilə yanaşıram. Məncə, bu məsələdə Qərbdən birbaşa hərbi yardım və ya silah ala biləcəyimiz illüziyasından uzaq durmalıyıq.

Qiraqosyanın sözlərinə görə, “Ukraynada vəziyyət tamamilə fərqlidir” və Ermənistanla bağlı baş verənlərlə eyni deyil.

O, hesab edir ki, Ermənistan milli təhlükəsizlik maraqları naminə Gürcüstan kimi NATO-ya üzv olmağa can atmır, ancaq Rusiya ilə Qərb arasında maksimum balansı saxlamağa çalışır, hər iki tərəfdən müəyyən fayda əldə etsin.

Bununla belə Qiraqosyan xatırladıb ki, Qarabağın taleyi hazırda ABŞ-dan və hətta Ermənistanın özündən daha çox regionda yerləşən Rusiya sülhməramlılarından asılıdır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*