Rihanna Sevgililər gününü kimlə keçirəcəyini söylədibackend

Rihanna Sevgililər gününü kimlə keçirəcəyini söylədi

Amerikalı müğənni Rihanna Sevgililər gününü necə keçirəcəyini və bunu kiminlə qeyd edəcəyini danışıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Cut” nəşri yayıb.

31 yaşlı ifaçının özü etiraf etdiyi kimi, Sevgililər Günündə işləyəcək.

Ulduz studiyada yeni bir mahnı yazacaq.

Rihannanın sözlərinə görə, o, çox narahatdır.

Əvvəlcə müğənni mahnını kiminlə yazacağını demək istəməyib:

“Kimlə işlədiyimi deyə bilmərəm, amma çoxdan onunla musiqi yazmaq istəmişəm”.

Lakin sonradan özünü saxlaya bilməyib və sirrini açıb:

“Bu, amerikalı reper Farrell Uilliams ilə duet olacaq”.

Sevgililər gününün özünə gəlincə, Rihanna tənha qızlara üzülməməyi tövsiyə edib. Müğənni hesab edir ki, yeni bir dəst alt paltarı almaq və ləzzətli yeməklərdən qidalanmaq yaxşıdır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*