Roma Papası Azərbaycan-Ermənistan sərhədində atəşkəsə əməl etməyə çağırdıbackend

Roma Papası Azərbaycan-Ermənistan sərhədində atəşkəsə əməl etməyə çağırdı

Roma Papası Fransisk Ermənistan-Azərbaycan sərhədində atəşkəs razılaşmasına əməl etməyə çağırıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Papa Fransisk fikirlərini belə elan edib:

“Azərbaycanla Ermənistan arasında baş verən son toqquşma xəbərləri məni incitdi. Mən həlak olanların yaxınlarına mənəvi yaxınlığımı bildirirəm və tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıram. Onlar silahı yerə qoyub dialoqa girəndə sülh mümkündür. Biz əzab çəkən Ukrayna xalqı üçün və müharibədə qanla suvarılan istənilən torpaqda sülh üçün dua etməyə davam edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*