Roma Papası sülh üçün hər kəsi dua etməyə çağırdıbackend

Roma Papası sülh üçün hər kəsi dua etməyə çağırdı

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında gərginliyin sülh yolu ilə tənzimlənməsi üçün hər kəsi dua etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Papa Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən mərasimdə çıxışı zamanı deyib.

“Narahatlıqla öyrəndim ki, bu saatlarda Qafqaz regionunda yeni gərginlik ocaqları alovlanıb. Hər kəsi sülh üçün dua etməyə çağırıram. Dua edək ki, razılaşma fitnədən üstün olsun”, – o bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk Qazaxıstanda səfərdədir. O, Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayında iştirak edir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*