Ronaldunu uşaqlıqda pulsuz burqerlərlə təmin edən qadın TAPILIB – FOTO və VİDEObackend

Ronaldunu uşaqlıqda pulsuz burqerlərlə təmin edən qadın TAPILIB - FOTO və VİDEO

KONKRET.az dünya mətbuatına istinadən bildirir ki, məşhur futbolçu televiziya kanallarından birinə müsahibəsində uşaqlıq illərini xatırlayıb.

Kriştianu hələ Lissabonun “Sporting” klubunun akademiyasında təhsil alarkən şəhərin məşhur restoranlarından birinə getməyi xoşladığını danışıb: “Axşamlar dostlarımla restoranın qarşısına gedərdik, Edna adlı bir qadın satıcı var idi, axşama satılmayan burqerləri bizə pulsuz verərdi. Yanında daha cavan iki qız da olurdu – onlardan hər hansı birini görmək xoş olardı, hətta onları Turin və ya Lissabonda restoranlardan birinə dəvət edərdim”.

Paula Leka

Bu müsahibədən sonra Paula Leka adlı xanım Ronaldunun çağırışına cavab verərək bildirib ki, həmin o “cavan qızlardan biridir”. Paula hazırda ailəlidir və iki uşağı var: “Ronaldu bizim restoranın qarşısına dostları ilə gələrdi, Axşama satılmamış burqerlər qalanda menecerimiz uşaqlara verməyə bir söz demirdi. Ronaldu həmin uşaqlar arasında ən utancağı idi, amma hər axşam restorana gəlməkdən çəkinmirdi…

Paula Leka ailəsi ilə

Mən həmin vaxtları hələ  də təbəssümlə xatırlayıram. Ronaldu məşhur olandan sonra hamıya danışmışam ki, o oğlan bizdən burqer alırdı, hətta uşaqlarıma da danışmışam. Amma onlar təsəvvür edə bilmirlər ki, anaları dünya şöhrətli bir idmançını burqerlərə qonaq edib. Mənim indiki həyat yoldaşım da Ronaldunu xatırlayır – çünki axşamlar məni işdən götürməyə gələndə bir neçə dəfə gənc futbolçuları görmüşdü..

Mən indidən ona təşəkkür etmək istəyirəm və demək istəyirəm ki, onunla görüşüb həmin vaxtları yada salmaq çox xoş olardı…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*