ABŞ-ın dövlət katibi Marko Rubio Donald Trampı “sülh prezidenti” adlandıraraq bir il əvvəl Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları xatırladıb.
KONKRET.az xəbər verir ki, o, 2025-ci il avqustun 8-də Trampın Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etdiyini bildirib.
“Düz bir il əvvəl o, Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi. Əliyev və Paşinyan hər iki ölkə üçün dönüş nöqtəsi olan tarixi Birgə Bəyannamə imzaladılar”, – deyə Rubio bəyan edib.
Natiq Səlim,
KONKRET.az
