“Rumıniya həlledici anda bizimlə olacaq” – Zelenskibackend

"Rumıniya həlledici anda bizimlə olacaq" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Rumıniya parlamentində çıxış edəcək.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ölkə Senatının sədri Florin Kitsu məlumat verib.

Florin Kitsu tviterdə yazıb: “Ukraynanın Baş naziri Denis Şmıqal ilə mühüm söhbət: Prezident Volodimir Zelenski Rumıniya parlamentində çıxış edəcək. Rumıniya Senatının sədri kimi mən bunun gələn həftə baş verməsinə şərait yaradacağam. Ukraynanı tam dəstəkləyirik”.

Qeyd edək ki, ötən həftə Ukrayna Prezidenti Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı liderlərinə videomüraciət edib və burada Rumıniya da daxil olmaqla bu ölkələrin hər birinin Ukraynanı necə dəstəklədiklərini qısaca qiymətləndirib.

“Rumıniya ləyaqətin nə olduğunu bilir və həlledici anda bizimlə olacaq”, – Volodimir Zelenski ölkəyə müraciət edib. Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*