Rus deputat: Depardye vətəndaşlıqdan çıxarılsın!backend

Rus deputat: Depardye vətəndaşlıqdan çıxarılsın!

Fransız aktyor Jerar Depardye Ukraynadakı hərbi əməliyyatla bağlı açıqlamasına görə Rusiya vətəndaşlığından çıxarılmalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev deyib.

O bildirib ki, aktyorun bu mövzuda açıqlamasından dolayı onun Rusiya pasportu ləğv edilməlidir.

Deputat Depardyenin Rusiyadakı daşınmaz əmlakının müsadirə edilməsini və kimsəsiz uşaqların ehtiyaclarına sərf edilməsinin tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, məşhur aktyor Ukraynada müharibənin əleyhinə olduğunu açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*