Rus ordusu itki verməkdə DAVAM EDİR – 30 “kadırovçu” xəstəxanaya yerləşdirildibackend

Rus ordusu itki verməkdə DAVAM EDİR - 30 "kadırovçu" xəstəxanaya yerləşdirildi

Rusiya ordusu Ukraynada itki verməkdə davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının aprelin 2-də səhər saatlarına olan əməliyyat icmalında deyilir.
Rus ordusu şəxsi heyəti arasında xeyli itki verib. Ukrayna Silahlı Qüvvələri Luqansk istiqamətində düşmənin hücumlarını dəf etməkdə davam edir.

Məlum olub ki,  rayon xəstəxanalarına kütləvi şəkildə “kadırovçular” gətiriliblər.

“Düşmən Luqansk vilayətində xeyli itki verməkdə davam edir. Belə ki, Alçevsk şəhərində Popasnaya kəndi yaxınlığındakı döyüş bölgəsindən 30-a yaxın yaralı işğalçı-kadırovçu yerli xəstəxanaya yerləşdirilib”, – deyə məlumatda bildirilir.

Mövcud məlumata görə, rus orqusu cəsədləri döyüş meydanında qoyub gedir.

Son bir həftə ərzində 2-ci Ordu Korpusu adlanan bölmələrdə şəxsi heyətin itkiləri təxminən 800 nəfər təşkil edib.

Eyni zamanda, gün ərzində Ukrayna Silahlı Qüvvələri tərəfindən Donetsk və Luqansk istiqamətində düşmənin 9 hücumu dəf edilib. Ukrayna müdafiəçiləri 8 tank, 44 zirehli döyüş maşını, 16 texnika, 10 artilleriya sistemini məhv ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*