Rus ordusu Poltava və Dnepropetrovskdakı hərbi aerodromları məhv etdi – VİDEObackend

Rus ordusu Poltava və Dnepropetrovskdakı hərbi aerodromları məhv etdi - VİDEO

Poltava və Dnepropetrovskdakı hərbi aerodromlar Rusiya Silahlı Qüvvələrinin zərbəsi nəticəsində məhv edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yüksək dəqiqlikli uzaqmənzilli raketlər Kremençuq neft emalı zavodundakı benzin və dizel yanacağı olan anbarları da məhv edib.

Tanınmamış Donetsk Xalq Respublikasının silahlı qüvvələri isə Novobaxmutovkanın çox hissəsini ələ keçirib. Hazırda onlar Ukraynanın 25-ci hava-desant briqadasının bölmələri ilə döyüşürlər.

DXR qüvvələrinin açıqladığı məlumata görə, gecə ərzində döyüş bölgəsində 40-a yaxın hərbçi, bir tank və iki motoatıcı tağım, həmçinin minaatan batareya məhv edilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*