Rus ordusu Xarkovda ammonyak kəmərini vurdubackend

Rus ordusu Xarkovda ammonyak kəmərini vurdu

Rusiya ordusu Xarkov vilayətinin Kupyanski rayonunda ammonyak boru kəmərini ikinci dəfə atəşə tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov məlumat verib.

“Rusiya terrorçuları Kupyanski rayonunda ammonyak boru kəmərini ikinci dəfə atəşə tutublar. Masyutovka kəndi yaxınlığındakı nasos stansiyasının ərazisinə ümumilikdə 6 zərbə qeydə alınıb”, – o bildirib.

Onun sözlərinə görə, indiyədək havada ammonyak aşkar edilməyib. O, vəziyyətin nəzarət altında olduğunu qeyd edib.

Qeyd edək ki, bu gecə ruslar Kaxovka SES-in bəndini partladıblar.

Bölgədəki yaşayış məntəqələri üçün subasma təhlükəsi yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*