Rus qadın “J” hərfini səhv yazdığına görə övladlığa götürdüyü oğlunu döydübackend

Rus qadın "J" hərfini səhv yazdığına görə övladlığa götürdüyü oğlunu döydü

Moskva sakini yeddi yaşlı övladını “J” hərfini səhv yazdığına görə döyüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Komsomolskaya Pravda” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

Nəşrin bildirdiyinə görə, yanvarın 24-də uşaq Təcili Cərrahiyyə və Travmatologiya İnstitutuna çatdırılıb. Ona üz, boyun, çiyin və belində çoxsaylı qanaxmalar diaqnozu qoyulub. Uşaq həkimlərə ögey anasının onu dəri kəməri ilə döydüyünü söyləyib.

Uşağın sözlərinə görə, anası onu əvvəllər də döyüb.

Qadın “yetkinlik yaşına çatmayan uşağı qorumaq və böyütmək vəzifələrini yerinə yetirmədiyi üçün” inzibati məsuliyyətə cəlb edilib. Uşaq tibb müəssisəsinə yerləşdirilib. Onun taleyini sosial xidmətlər və qəyyumluq orqanları həll edəcək.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*