Rus qoşunları Ukraynanın ŞƏRQİNƏ DOĞRU GEDİR – Ordu yenidən QRUPLAŞIRbackend

Rus qoşunları Ukraynanın ŞƏRQİNƏ DOĞRU GEDİR - Ordu yenidən QRUPLAŞIR

Bu gün müharibənin 40-cı günüdür. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müxtəlif istiqamətlərdə vəziyyət barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının gündəlik xülasəsində deyilir. Rus qoşunları Seversk istiqamətini tamamilə tərk etiblər.

Rusiya ordusu əsas səylərini Ukraynanın şərqində cəmləşdirir və komanda-nəzarət sistemini formalaşdırır.

Rus qoşunları yenidən qruplaşır və Ukraynanın cənubunda müəyyən ərazilərdə taktiki vəziyyəti yaxşılaşdırmağa çalışırlar. Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiya Federasiyasının əlavə hissələrinin formalaşması və hərəkəti davam edir.

Volın istiqamətində vəziyyət dəyişməyib, Belarus silahlı qüvvələrinin bölmələri dördə qədər batalyon taktiki qrupları ilə sərhədin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməyə davam edir.

Polesie istiqamətində Belarus aerodromlarından hərəkət edən düşmən təyyarələrinin hərbi və mülki infrastruktura raket və bomba zərbələri endirmə ehtimalı yüksək olaraq qalır.

Rusiya Federasiyasında Şərq Hərbi Dairəsinin bölmələrinin və hava-desant qoşunlarının Belarus Respublikası ərazisindən hərəkəti var. Silahların, hərbi texnikanın və şəxsi heyətin hərəkəti dəmir yolu və hava nəqliyyatı ilə həyata keçirilir.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*