Rus sülhməramlılarının kolonu Gorusa doğru HƏRƏKƏT ETDİbackend

Rus sülhməramlılarının kolonu Gorusa doğru HƏRƏKƏT ETDİ

Rusiya sülhməramlılarının hərbi kolonu Gorusa doğru hərəkət edir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, bir müddət əvvəl Qarabağı tərk edən Rusiya sülhməramlılarının maşın karvanı Laçın dəhlizindən keçərək Gorusa doğru hərəkət edir.

Rusiyanın “Ural” və “KAMAZ” markalı yük maşınlarını erməni hərbi polis maşını müşayiət edir.

Sülhməramlıların Gorusdan hara gedəcəyi bəlli deyil.

Xatırladaq ki, aprelin 17-də Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*