Rus turistlərə Türkiyəyə getməmək tövsiyə edilir – Hökumət hərəkətə keçdibackend

Rus turistlərə Türkiyəyə getməmək tövsiyə edilir - Hökumət hərəkətə keçdi

“Misir istirahət üçün Türkiyəni əvəz edəcək yeganə əvəzedici ölkədir”.

KONKRET.az rus mediasına isitnadən xəbər verir ki, bu sözləri Rusiya Tur Operatorları Birliyinin birinci vitse-prezidenti Vladimir Kantoroviç deyib. O qeyd edib ki, bu gün beynəlxalq bazarda türk kurortlarına alternativ yoxdur, çünki digərlərinin hamısı daha bahalıdır.

Mütəxəssisin sözlərinə görə, “Əlbəttə, Misir açılmasa, Türkiyəni əvəz edəcək başqa ölkə yoxdur. Belə ki, Türkiyədəki qiymətlərlə rəqabət edə bilən yeganə dövlət Misirdir.

Kantoroviç vurğulayıb ki, bu yay Türkiyəyə getməyi planlaşdıran bütün turistləri Yunanıstan qəbul edə bilməyəcək. Çünki ölkəyə həftədə yalnız 4000 rusiyalı girə bilər.

Eyni zamanda, Tanzaniyadakı tətili əvəz etmək çox asandır, məsələn Birləşmiş Ərəb Əmirlikləri qiymət aralığı baxımından onunla rəqabət edə bilər, çünki oraya uçmaq daha yaxın və ucuzdur.

Xatırladaq ki, 2021-ci il aprelin 15-dən iyunun 1-dək Rusiya bu ölkələrdə pisləşən epidemioloji vəziyyət fonunda Türkiyə və Tanzaniya ilə müntəzəm uçuşlarını məhdudlaşdırır.

Qeyd edək ki, son vaxtlar Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Türkiyənin Ukraynaya açıq dəstəyi şimal ayısını bərk qıcıqlandırıb. Ona görə də artıq bütün mediada rus turistləri üçün alternativ marşrutlar tövsiyə edilir,

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*